Yaponiyanın avtomobil istehsalçısı Mazda 28 ildən sonra ilk dəfə loqosunu yeniləməyə qərar verib.
Marja.az xəbər verir ki, bir çox yapon xəbər mənbələri, o cümlədən biznes qəzeti "Nikkei" bu barədə xəbər yayıb. Qeyd olunub ki, Mazda-nın yenilənmiş loqosunu yanvarın 30-da, 105-ci ildönümündə elan edəcəyi gözlənilir.
1997-ci ildə qağayılardan ilham alınaraq dizayn edilmiş "M" loqotipi yenilənir.
Mazda-nın yenilənmiş loqosu 2024-cü ilin iyul ayında Yaponiya Patent İdarəsində qeydiyyatdan keçərək onlayn platformalarda peyda olub.
Yeni loqo yuvarlaq konturları və yastı qağayı qanadları ilə diqqəti çəkir. Qara-ağ rəng sxemi yüksək kontrastlı görünüş təqdim edir. Köhnə loqoda olan üçölçülü işıqlandırmalar və kölgələr bu dizayna daxil edilməyib.
Yenilənmiş Mazda loqosunun modellərdə nə vaxt istifadə ediləcəyi hələlik məlum deyil.
Mazda 1920-ci ildə yaradılıb, lakin ilk avtomobilini 1931-ci ildə istehsal edib.