“AERO Vodochody” şirkəti seriyalı istehsal edilən ikinci L-39 “Skyfox” təlim təyyarəsini Çexiya Hərbi Hava Qüvvələrinə təhvil verib.
“Poliqon” “AERO Vodochody”ə istinadən xəbər verir ki, 0478 nömrəli təyyarə Çexiya HHQ-nin LOM Praqa Uçuş Tədris Mərkəzində xidmət göstərərək hərbi pilotların hazırlanmasında istifadə olunacaq.
Qeyd edək ki, “AERO Vodochody” L-39 “Skyfox”un seriyalı istehsalına 2023-cü ildə başlayıb. Şirkət seriyalı istehsal edilən ilk təlim təyyarəsini ötən həftə Çexiya HHQ-yə təhvil verib.