AZ

Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, aktrisanın səhhəti stabil olaraq qalır.

Bu barədə Fatma Mahmudovanın qızı bildirib.

"Hazırda reanimasiyadadır. Səhhəti stabildir. Ümid edirik həkimlər, tez zamanda bizə yaxşı xəbərini verərələr" -deyə o, qeyd edib.

Xatırladaq ki, ötən gün beyin insultu keçirən Xalq artisti təcili olaraq xəstəxanaya gətirilib və reanimasiyaya yerləşdirilib.

O daha əvvəl də eyni diaqnozla xəstəxanaya yerləşdirilib.

Seçilən
5
day.az

1Mənbələr