AZ

“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” üçün həlledici gün

Bu gecə UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə klublarından “Qalatasaray” “Ayaks”la, “Fənərbaxça” “Midtyulland”la, “Beşiktaş” isə “Tvente” ilə üz-üzə gələcək. 

“Qalatasaray” pley-offa vəsiqəni təmin etsə də, 1/8 finala adlamaq üçün mübarizə aparacaq. 

“Beşiktaş” və “Fənərbaxça”nın isə yarışla vidalaşıb-vidalaşmayacağı bugünkü oyunlarla müəyyənləşəcək.

Görüşlərin hamısı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-offun püşkü sabah atılacaq. Bu mərhələnin ilk matçları fevralın 13-də, cavab görüşləri fevralın 20-də keçiriləcək.

Seçilən
6
8
qafqazinfo.az

6Mənbələr