"Qalatasaray" icarə əsasında heyətinə qatdığı Viktor Osimheni birdəfəlik transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçu üçün "Napoli"yə təklif irəli sürüb. İtaliyanın "Corriere dello Sport" nəşrinin xəbərinə görə, "Qalatasaray" nigeriyalı hücumçu üçün "Napoli"yə 65 milyon avro təklif edib. Bildirilir ki, təklif edilən məbləğ Osimhenin müqaviləsinə əlavə edilən 75 milyon avroluq sərbəst qalma müddəasından 10 milyon avro aşağı olduğu üçün “Napoli” prezidenti Aurelio De Laurentiis onu rədd edib. Məlumata görə, "Napoli" tərəfi futbolçunun dəyərini azaltmaqdansa, onu mövsümün sonunda satmağa üstünlük verib. İddialara görə, "Qalatasaray" Osimhenin transferi ilə bağlı xüsusi üstünlüyə malikdir. "Qalatasaray" 75 milyon avro ödəyə bilsəydi, ulduz hücumçunu heyətinə qatmaq şansı olan yeganə klub olardı. Digər klublar üçün isə bu rəqəm 81 milyon avro müəyyən edilib. Qeyd edək ki, Viktor Osimhen "Qalatasaray"la 20 oyunda 16 dəfə fərqlənib, 4 məhsuldar ötürmə verib.