AZ

Azərbaycanda bank sektorunun yeni aylıq icmalı açıqlandı

31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,230 olub.

FED.az bu barədə Mərkəzi Bankın aylıq icmalına istinadən xəbər verir.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25,363 (ilin əvvəlindən 7.6% və ya 1,794 əməkdaş) nəfər təşkil edib.

 Fəaliyyətdə olan bankların cəmi aktivləri 53,001.4 mln. manat, cəmi öhdəlikləri 46,383 mln. manat, balans kapitalı 6,618.4 mln. manat olub.

2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artıb.

 Kredit portfelinin artımı cari ilin dekabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 mln. manat artaraq 27,477.7 mln. manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.8% (14,787.2 mln. manat);

ıı) istehlak kreditləri – 30.7% (8,445 mln. manat)

ııı) ipoteka kreditləri – 15.5% (4,245.5 mln. manat).

Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,294.7 mln. manat (o cümlədən, biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil edib.

 Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.3%-i və ya 37,696.6 mln. manat. 2024-cü ilin dekabr ayında bankların depozit portfeli 7.1% və ya 2,504.6 mln. manat artıb.

Depozit portfelinin 62.1%-i (23,397.5 mln. manat) hüquqi şəxslərin, 37.9%-i (14,299.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

 Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (9,400.1 mln. manat) milli valyutada, 34.3%-i (4,899 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.1%-i (8,600.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 2.7% və ya 229.4 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 17,580.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.1%-ni təşkil edib.

 Fiziki şəxslərin əmanətlərinin dollarlaşması hesabat ayında 0.5 faiz bəndi azalaraq 33.6% olub.

 2024-cü il ərzində banklar 1,044.3 mln. manat xalis mənfəət, 1,663.2 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edib.

Seçilən
12
33
fed.az

10Mənbələr