ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) “Fox News”un sorğusuna cavab olaraq bildirib ki, Birləşmiş Ştatlar 2024-cü ilin noyabrında Sovet və Yuqoslaviya vətəndaşlığı olan 1182 nəfəri deportasiya etməyi planlaşdırıb.
ICE-nin məlumatına görə, 24 noyabr 2024-cü il tarixinə həbsdə olmayan 1.445.549 əcnəbi üçün çıxarılma əmri verilib. Onların arasında 845 Yuqoslaviya, 337 SSRİ və 254 Çexoslovakiya vətəndaşı var.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ilk çıxışında sənədsiz immiqrantların sərhədi qanunsuz keçməsini dərhal dayandıracağını və milyonlarla miqrantın deportasiyası prosesinə başlayacağını vəd edib. O, ölkənin cənub sərhədindəki problemlərə görə ümummilli fövqəladə vəziyyət elan edib.
//Samir Qurbanov, Editor.az