AZ

Putin Zelenski ilə danışıqlar aparmaqdan imtina etdi

Busaat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskini “qeyri-legitim” adlandıraraq onunla birbaşa sülh danışıqlarını istisna edib. Zelenski isə buna cavab olaraq Putini təxminən üç ildir sürən münaqişənin həlli üçün danışıqlardan qorxmaqda ittiham edib.

“İstənilən şəxslə danışıqlar aparmaq olar, lakin onun [Zelenskinin] qeyri-legitimliyi səbəbindən nəsə imzalamaq hüququ yoxdur”, – Putin yanvarın 28-də “Rossiya 1” telekanalına bildirib.

Onun sözlərinə görə, əgər Zelenski danışıqlarda iştirak edərsə, birbaşa üz-üzə görüşmək əvəzinə, xüsusi nümayəndələr ayıracaq.

Putin artıq bir neçə dəfə bəyan edib ki, o, Zelenskini legitim lider saymır, çünki “onun beşillik prezidentlik müddəti keçən il, mayın 20-də başa çatıb”.

2024-cü il martın 31-də Ukraynada seçkilər keçirilməli idi, lakin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəsinə görə ölkədə hərbi vəziyyət davam etdiyi üçün seçkilər təxirə salınıb.

“Bu gün Putin bir daha təsdiq etdi ki, o, danışıqlardan, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün əlindən gələni edir”, – Zelenski sosial mediada paylaşımında bildirib.

Seçilən
1
busaat.az

1Mənbələr