AZ

İlkin səhiyyə xidməti təhkim olunma qaydası ilə həyata keçirilir - Şərafət İsmayılova

İlkin səhiyyə xidməti təhkim olunma qaydası ilə həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.

O bildirib ki, ilkin tibbi sanitariya xidmətinin yaradılması nəzərdə tutulub:

“Bəzi ərazilərdə tibb bacılarının həkim məsləhətinə ehtiyac olduğu zaman teletibb komponentini də nəzərdə tutmuşuq. Lakin burada bir məsələ var. Teletibblə əlaqəli qanunvericiliyə ehtiyac var. Bu layihəni hazırlayanda beynəlxalq təcrübəni əsas götürmüşük. İlkin səhiyyə xidməti təhkim olunma qaydası ilə həyata keçirilir. Xüsusi diqqəti ana və uşaq sağlamlığına ayırmışıq”- deyə Şərafət İsmayılova qeyd edib.


Müəllif: Şəbnəm Zahir
Seçilən
8
48
teleqraf.com

10Mənbələr