“Son illər ölkəmizdə dəmir yolu infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində də böyük işlər görülüb. Bu işlərdən danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası xüsusi qeyd olunmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu layihənin reallaşmasına uzun müddət erməni diasporunun təzyiqi altında ABŞ hökuməti mane olurdu. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası birbaşa Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Azərbaycan bu layihəni icra etmək istəyəndə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Lakin cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu məsələ də öz həllini tapdı. İlk növbədə, Gürcüstan bir neçə il davam edən danışıqların nəticəsi olaraq razılığa gəldi. Eyni zamanda, cənab Prezident Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə edərək onları inandıra bildi ki, onlar bu layihənin icrasına maneə törətməməlidirlər. Çünki bu strateji layihədən digər ölkələr, o cümlədən ABŞ-nın müttəfiqləri də faydalanacaqlar. Həyat özü göstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu mülahizəsində də tam haqlı idi və bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna, eləcə də Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına çox böyük maraq göstərirlər. Artıq bu gün müxtəlif ölkələrin yükləri Aralıq dənizi istiqamətinə, Avropaya, Türkiyəyə məhz bu yolla daşınır. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaqlar”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta