AZ

Azad edilmiş rayonlarda bu göstərici 3400 kilometrdən də artıq olacaq...

Image

Vüqar Bayramov: "İşğaldan azad edilən ərazilərdə nəqliyyat və logistikanın inkişafı əsas istiqamətlərdən biridir"

Məlum olduğu kimi, 28 yanvar tarixində Prezident İlham Əliyevin iştirakı ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə bir sıra məsələlər müzakirə olunub. O cümlədən bildirilib ki, azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 

Prezident İ.Əliyev bildirib ki, 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir: " Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır.Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib”, 

Mövzu ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov baki-xeber.com-a şərhində bildirdi ki, işğaldan azad edilən ərazilərdə nəqliyyat və logistikanın inkişafı əsas istiqamətlərdən biridir: "Bu istiqamətlər sırasında yeni nəqliyyat layihələrinin reallaşması və əvvəlki yolların əsaslı təmir olunması da yer alıb. Bu, Qarabağ və Şərqi Zəngəzurun daha da cəlbediciliyi baxımından vacibdir. Onu da deyim ki, nəqliyyat və logistikanın inkişaf etməsi məşğulluğun daha da sürətlənməsini və qısa zamanda vətəndaşların öz yurdlarına qayıtmasını təmin edəcək. Bununla yanaşı, biznesin işğaldan azad olunmuş ərazilərə transferi baxımından da vacibdir. Məlumdur ki, artıq Qarabağ və Şərqi Zəngəzura yerli, xarici sahibkarlar tərəfindən sərmayə qoyuluşu həyata keçirilir. Bu sahəyə maraq kifayət qədər yüksəkdir".

Millət vəkili hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə nəqliyyatın inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun olaraq qurulması bu bölgələrin iqtisadiyyatının daha qısa zamanda formalaşmasına, reinteqrasiyasına zəmin yaradır.

Günel CƏLİLOVA





Seçilən
0
baki-xeber.com

1Mənbələr