Bu il iyul ayından ailə həkimi informasiya sisteminin tətbiqi nəzərdə tutulur.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.
İsa Əliyev bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə kadr potensialının yaxşılaşdırılması üçün işlər gedir: “Bu gün Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda ailə həkimi ixtisası var. Onlarla bu istiqamətdə iş gedir. TƏBİB tabeliyində olan xəstələri görən İT sistemi yaradırıq”.