Sergen Yalçının "Mənim transfer siyahımda bir nömrədir" dediyi hücumçu üçün "Qalatasaray"ın "radarı"na düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" "Monako"da forma geyinən Kamerun əsilli isveçrəli hücumçusu Embolo ilə danışıqlara başlayıb.
Fransanın "L'Equipe" qəzeti də bu faktı təsdiqləyib. Qəzet yazır ki, "Cimbom" 27 yaşlı Embolonu Türkiyəyə gəlməsi üçün dilə tutub: "Lakin bazar dəyəri hazırda 12 milyon avro civarında olan Embolo ilə İngiltərə, İtaliya və Səudiyyə Ərəbistanından bəzi komandaların maraqlanması "Qalatasaray"ın şansıı aşağı salır".
Fərid Aslan
MİA.AZ