![ATU-da bakalavr səviyyəsində](https://e-saglam.az/storage/news/middle/images/2025/1/2f471d5b-c42d-3925-974d-b7ef142a6d19_850.jpg)
Hazırda Azərbaycan Tibb Universitetində bakalavr səviyyəsində tibb bacılarının hazırlanması nəzərdə tutulur.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, ailə həkimi ilə bağlı da ciddi problemlər var:
“Məsələn bu proqram üzrə rezidenturaya 30 nəfər qəbul olub, amma cəmi 5 nəfər bitirib. Həmin say ailə həkiminə tələbatı ödəmir. Ona görə bu məsələ ilə bağlı yeni layihə hazırlanır”.