İraqlı Salvan Momika adlı şəxs İsveçdə Quranı yandırdıqdan sonra güllələnib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin \"Aftonbladet” qəzeti məlumat yayıb.
Belə ki, 38 yaşlı Momika ötən gecə Södertälje şəhərindəki mənzilində \"TikTok\"da canlı yayım edərkən güllələnib.
İsveç polisi hadisə ilə bağlı araşdırma aparır və hücum edənin kimliyi hələlik açıqlanmır.
Məlumatı alan polis hadisə yerinə gedib və Momikanın cansız cəsədini aşkarlayıb.
İsveçdə Quranın yandırılması ilə bağlı təxribatları həyata keçirən iraqlı Salvan Momika və Salvan Najemin nifrət cinayəti törətmək ittihamı ilə məhkəməsi yanvarın 16-da başlayıb.
Xatırladaq ki, Momika ötən ilin oktyabrında Stokholmun mərkəzində İsrailə dəstək aksiyası keçirərək Qurani-Kərimi və Fələstin bayrağını yandırıb.
Buna görə o, həbs edilərək ittiham edilirdi.