AZ

Tunisə xam neft məhsullarının ixracında artım var

2024-cü il ərzində Azərbaycandan Tunisə 279,67 milyon ABŞ dolları dəyərində 446,1 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin göstəricilərini dəyər ifadəsində təqribən 3,9 dəfə və ya 207,7 milyon dollar, həcm baxımından isə 4,2 dəfəyədək və ya 339,8 min ton üstələyir.

Ötən il ərzində ölkədən ümumilikdə 14,4 milyard dollar dəyərində 23,5 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tunis 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,89 faizi məhz bu ölkənin payına düşüb.

Seçilən
0
vergiler.az

1Mənbələr