Tanınmış filosof, tənqidçi Niyazi Mehdi xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.
O, Niyazi Mehdinin bir müddət əvvəl vəziyyətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini bildirilib: “Ayağında qanqrena başladı. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verildi. Əməliyyatdan sonra vəziyyəti nisbətən stabilləşib”.