![Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə](https://e-saglam.az/storage/news/middle/images/2025/1/sehiyyede-problem.webp)
"Azərbaycanda səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəd var ki, onlar ya tamamilə yenilənməli, ya da müəyyən dəyişikliklər edilməlidir".
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, həmin sənədlər kadrlarla, ilkin səhiyyə xidmətləri ilə, maddi-texniki baza ilə və s. bağlıdır:
"Azərbaycanda ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır. Tibbi xidmətlərin sayının artırılması ilə bağlı işlər gedir. Xidmətlər zərfindəki 35 xidməti 150-yə çatdırmağı nəzərdə tuturuq. Bərdə rayonundakı pilot layihəyə görə isə bu say 83-ə çatdırılacaq".