Fələstinin "İslami Cihad" təşkilatı İsraillə əlavə mübadilə çərçivəsində bu gün azad ediləcək iki israilli girovu müttəfiqlərinə təhvil verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı olan "Səraya əl-Qüds" qruplaşmasının “Telegram” kanalında məlumat verilib.
"İsrailli girovlar Arbel Yehud və Qadi Mozes müttəfiqlərə təhvil verilib və İsraillə razılaşma çərçivəsində bu gün azad ediləcəklər", - məlumatda qeyd olunur.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli girov Aqam Bergeri Qəzza zolağındakı Cəbaliyə düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.