AZ

Azərbaycan XİNtəyyarə qəzası ilə bağlı ABŞ-yə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş verən təyyarəqəzası ilə bağlı Amerika Birləşmiş Ştatlarına başsağlığı verib.

Trend xəbərverir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşımedib.

"Vaşinqtonda sərnişin təyyarəsi ilə vertolyotun havada oqquşmasınəticəsində baş verən faciəvi qəza bizi dərindən kədərləndirdi.Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir vəsağ qalanlar üçün dua edirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Uiçito-Vaşinqton istiqamətində uçan PSA Airlineshava yolları şirkətinə aid Bombardier CRJ700 sərnişin təyyarəsiReyqan aeroportunun uçuş-eniş zolağına eniş etməyə hazırlaşarkənPotomak çayı üzərində hərbi helikopterlə toqquşub.

Təyyarənin göyərtəsində 60 sərnişi və dörd ekipaj üzvü olub.Xilasedicilər hələ ki, sağ qalanları aşkarlamayıb, Potomoka çayındaartıq azı 18 nəfərin meyiti çıxarılıb.

Xilasetmə əməliyyatlarında ümumilikdə 300-dən çox polis,yanğınsöndürən, tibb işçiləri və digər şəxslər səfərbər olunub.

Seçilən
1
2
az.trend.az

10Mənbələr