Bakı, TurkicWorld
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş verən təyyarə qəzası ilə bağlı Amerika Birləşmiş Ştatlarına başsağlığı verib.
TurkicWorld xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
"Vaşinqtonda sərnişin təyyarəsi ilə vertolyotun havada oqquşması nəticəsində baş verən faciəvi qəza bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanlar üçün dua edirik", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Uiçito-Vaşinqton istiqamətində uçan PSA Airlines hava yolları şirkətinə aid Bombardier CRJ700 sərnişin təyyarəsi Reyqan aeroportunun uçuş-eniş zolağına eniş etməyə hazırlaşarkən Potomak çayı üzərində hərbi helikopterlə toqquşub.
Təyyarənin göyərtəsində 60 sərnişi və dörd ekipaj üzvü olub. Xilasedicilər hələ ki, sağ qalanları aşkarlamayıb, Potomoka çayında artıq azı 18 nəfərin meyiti çıxarılıb.
Xilasetmə əməliyyatlarında ümumilikdə 300-dən çox polis, yanğınsöndürən, tibb işçiləri və digər şəxslər səfərbər olunub.