AZ

Son 20 ildə Azərbaycanda neçə körpü və piyada keçidi tikilib? - AAYDA açıqladı

Bakı. Trend:

Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsi vəinkişafı istiqamətində paytaxtda və regionlarda çoxsaylı yolötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyadakeçidləri inşa olunur.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən (AAYDA) məlumat verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumiistifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında2004-2024-cü illər ərzində beynəlxalq standartlara cavab verən,müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yolötürücüsü tikilmiş, 56-ı təmir edilmiş, 163 yeraltı və yerüstüpiyada keçidi və 45 tunel inşa edilib.

Təbii ki, bu qurğuların istismara verilməsi nəqliyyat sistemindəsıxlıq və tıxacların aradan qaldırılması, vətəndaşların avtomobilyollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin edilməsibaxımından xüsusi əhəmiyyətə malikdir.

Ölkəmizdə yeni yolların salınması, mövcud yolların əsaslışəkildə yenidən qurulması ilə bağlı layihələr durmadan uğurla davametdirilir.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr