AZ

Rusiya bu hadisələrdən sonra etibarını itirdi: Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilməz...

"Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi üzrə Rusiya vasitəçiliyini təklif edib. Rusiya Baş nazirinin müavini Aleksey Overcuk qeyd edib ki, Rusiya Hərbi Baş Kəşfiyyat idarəsində saxlanılan kartoqrafik materialları birgə komissiyaya təqdim etməyə hazırdılar. Təbii ki, Rusiya tərəfi xəritələri təqdim etməklə, prosesdə olmağa çalışır. Kremlin əlində olan kartoqrafik materiallarda mübahisəli məsələlər olacağı halda, bu ikitərəfli danışıqlarım pozulmasına gətirib çıxara bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, məhz Moskva prosesi öz nəzarətinə almaqla idarə etməyi planlaşdırır: "Azərbaycan Overcukun belə bir təklifinə razı olmayacaq. Azərbaycan hazırkı sərhədlər üzrə danışıqları aparır və Rusiyanın xəritə təklifini obyektiv qiymətləndirə bilməz. Çünki, Rusiya vasitəçilik etimadını itirib. Məhz AZAL təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyətdən yayınması, kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribatı materialların verilməsi fonunda, Moskvanın Azərbaycanla Ermənistan arasında sərhəd komissiyasının işinə real töhfə verəcəyi mümkün görünmür. Bununla da Moskva öz vasitəçiliyinin üstündən xətt çəkmiş oldu".

M.Əsədullazadə Rusiyanın vasitəçiliyi ilə sülhün əldə ediəcəyini inanmadığını əlavə edib: "Bundan sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, bu, Moskvanın iştirakı ilə olmayacaq. Təyyarə böhranından sonra, Rusiyanın "Zəngəzur" dəhlizi ilə bağlı danışıqlarda iştirakına icazə verilməyəcək. Rusiya tərəfi dəhlizə nəzarət mexanizmini gündəmə gətirir".

Nigar,

Sitat.info 

 

Seçilən
3
2
sitat.info

3Mənbələr