İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən İraq əsilli Salvan Momika evində canlı yayım edərkən güllələnərək öldürülüb.
Medianews.az xəbər verir ki, həmin anlar saniyə-saniyə lentə alınıb.
İsveç polisi hadisəni təsdiqləyib. Polis sözçüsü Nadya Norton 38 yaşlı iraqlı Momikanın güllələnərək öldürüldüyünü təsdiqləsə də, Stokholm polisi hücumçunun kimliyi ilə bağlı açıqlama verə bilməyəcəklərini deyib.
Qeyd edək ki, Qurani-Kərimi yandırdığı üçün məhkəmədə mühakimə olunan Momikanın cəzasının bu gün veriləcəyi məlum idi.
Medianews.az