AZ

FHN-nin 280 minlik tenderləri ləğv edildi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyətinin Lənkəran rayonunda 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi ilə bağlı elan etdiyi tender ləğv edilib.

“Yeni Gundem”-in xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Xərclənməsi nəzərdə tutulan vəsaitin həcmi 183 874 AZN olub.

Qurumun Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun da çap mallarının alınması ilə bağlı tenderi ləğv olunub.

Vəsaitin həcmi 96 812 AZN olub.Pravda.az

Seçilən
5
yenigundem.az

1Mənbələr