Məşhur müğənni Madonna ABŞ Prezidenti Donald Tramp transgenderlərlə (doğuşdan kişi olanların) bağlı qərarını pisləyib.
"Yeni hökumətin illər boyu mübarizə apardığımız və qazandığımız azadlığı yavaş-yavaş məhv etməsini izləmək olduqca kədərlidir. Təslim olmayın!" deyə, yazan Madonna paylaşımına parçalanmış ürək emojisi və LGBT bayrağı qoyub.
Qeyd edək ki, Tramp transgender fərdlərin təhsil sistemindən kənarlaşdırılması, onların kişi həbsxanalarında saxlanılması ilə bağlı qərarlar qəbul edib. O, həmçinin transgenderlərin hərbi xidmət keçməsini qadağan edib.