Qırğızıstanda ölkə ərazisi ilə ABŞ-dən Rusiyaya 300-dən çox odlu silah tədarük edən transmilli qruplaşmanın fəaliyyətinin qarşısı alınıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) məlumat yayıb.
"MTDK ABŞ-Qırğızıstan-Rusiya marşrutu üzrə odlu silah, döyüş sursatı və hərbi geyimlərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı üçün kanal yaradan transmilli qruplaşmanın cinayətkar fəaliyyətini aşkar edib və qarşısını alıb. 2022-ci ildən indiyədək qruplaşma Qırğızıstan ərazisi ilə Rusiyaya 300-dən çox odlu silah göndərib və əsas müştərilər kriminal aləmin nümayəndələri olub", - məlumatda qeyd olunub.