Türkiyə Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi heyəti Dəməşqə səfər edib. Bu barədə “Yeni Şafak”, “SANA” xəbər agentlikləri xəbər verib.
Suriya Müdafiə Nazirliyinin rəhbəri Əbu Kəsra və Baş Qərargah rəisi Əli Naasan ilə görüşlər keçirilib. Regional məsələlər və Suriya ordusu ilə əməkdaşlıq istiqamətində atılan addımlar müzakirə edilib.
Türkiyə nümayəndə heyəti Suriya ordusunun hərbi obyektlərinə də baxış keçirib.
Ülviyyə, Hurriyyet.az