AZ

ABŞ-də təyyarə qəzasında 19 nəfər ölüb

Vaşinqtonda təyyarə qəzasının baş verdiyi Potomak çayından çıxarılan meyitlərin sayı 19-a çatıb.

FED.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Bildirilib ki, təyyarənin dağıntıları təxminən 2,5 metr dərinliyə çökdüyündən, həlak olmuş ekipaj üzvlərinin və sərnişinlərin tapılması və çıxarılması çətinləşir.

Qurbanlar arasında ABŞ-nin fiqurlu konkisürmə üzrə komandasının bir neçə üzvünün yer aldığı bildirilir.

Rəsmi itki sayı və qəza səbəbləri hələ ki, açıqlanmır.

XXX

Vaşinqtonda sərnişin təyyarəsinin “Blackhawk” hərbi helikopteri ilə toqquşması nəticəsində göyərtədə olan bütün sərnişin və ekipaj üzvlərinin həlak olduğu güman edilir.

FED.az xəbər verir ki, hadisə yerindən azı 18 nəfərin meyiti tapılıb.

Qəza yerinə səfərbər olunan xilasedicilər hələ ki, sağ qalanları tapa bilməyiblər.

Hökumət rəsmiləri itkilər barədə açıqlama vermir.

Bu arada təlim uçuşu həyata keçirən zaman sərnişin təyyarəsi ilə toqquşan “Blackhawk” hərbi hellikopeterinin Virciniyanın Belvor hərbi bazasının 12-ci aviasiya batalyonuna məxsus olduğu təsdiqlənib.

XXX

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Blackhawk” hərbi helikopteri havada toqquşub.

FED.az xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. (Trend)

Seçilən
28
30
fed.az

10Mənbələr