44 günlük müharibə zamanı 18-ci atıcı diviziyasının komandiri olmuş general-mayor Karen Arstamyan axtarışa verilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumatında bildirilib.
Karen Arstamyana qarşı müharibə vaxtı xidmətə səhlənkar münasibət göstərdiyinə görə Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb.
Arstamyan 2020-ci ilin 8 noyabrında tutduğu vəzifədən azad edilib.
Karen Arstamyan qondarma “Artsax Müdafiə Ordusu” tərəfindən “döyüş xaçı”nın “1-ci dərəcəli cəngavər rütbəsi” verilmişdi.