AZ

Kadırovun yoxa çıxması ilə bağlı suallara aydınlıq gətirildi: O, haradadır?

Çeçenistan rəhbəri Ramzan Kadırovun Yeni il bayramlarından sonra informasiya meydanından yoxa çıxması və rəsmi tədbirlərdə görünməməsi barədə internetdə yayılan məlumat “dost olmayan” və “təxribatçıların” uydurmasıdır.

Publika.az xəbər verir ki, bunu Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev ölkənin kütləvi informasiya vasitələrinin birinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çeçenistanda onlar artıq belə “iynələrə” öyrəşiblər.

Dudayev deyib ki, ilin əvvəlindən Kadırov fəaliyyətini fəal şəkildə həyata keçirməyə başlayıb, bütün məsələləri şəxsi nəzarətində saxlayır və onun işinin aspektləri müxtəlif platformalarda açıq və rəsmi şəkildə dərc olunur.

Seçilən
5
12
publika.az

10Mənbələr