AZ

“Əvvəllər bu proses aylarla çəkirdi...”

“Su şəbəkəsinə və tullantı sularının idarə edilməsi şəbəkələrinə qoşulmanın daha şəffaf və operativ təmin edilməsi ilə bağlı Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən 2022-2023 və 2023-2024-cü illər üzrə Yol xəritələri təsdiqlənib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov “Su şəbəkəsinə qoşulma” İşçi Qrupun iclasında bildirib. 

Onun sözlərinə görə, bu xəritələrin əsasında yeni imkanların tətbiqi, optimallaşmanın aparılması və bütün proseslərin elektronlaşdırılması ilə bağlı ictimaiyyətin məlumatlandırılması tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

“ADSEA tərəfindən “Elektron su” portalı yaradılıb. Sistem vasitəsilə su və tullantı sularının idarəetmə sistemlərinə qoşulması tam  avtomatlaşdırılıb. Burada müraciət qəbulu həyata keçirilir, həmçinin dövlət qurumları ilə razılaşmalar buradan edilir. Əvvəl vətəndaşlar qurumlara ayrı-ayrı müraciət etməli idilər. Bu proses aylarla çəkirdisə, artıq sistem vasitəsilə həyata keçirilir. Rayon və şəhər icra hakimiyyətləri də portala qoşulublar”,- İ.Bayramov əlavə edib.

Gülnar Əliyeva

Seçilən
3
qafqazinfo.az

1Mənbələr