AZ

Tramp təyyarə qəzasını sabotaj hesab edir

ABŞ-də eniş etməyə hazırlaşan bir sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində baş verən qəza ilə bağlı Prezident Donald Tramp diqqətçəkən açıqlama verib.

“Cebheinfo.az” xəbər verir ki, ölkəni sarsıdan qəzadan sonra Tramp özünün “Truth Social” hesabında paylaşım edib.

ABŞ Prezidenti qəzada qülləni günahlandırıb:

"Təyyarə hava limanına mükəmməl və rutin şəkildə yaxınlaşırdı. Helikopter uzun müddət idi ki, təyyarəyə doğru gedirdi. Aydın bir gecə idi və təyyarənin işıqları yanırdı. Helikopter niyə yuxarı və ya aşağı getmədi və ya dönmədi? 

Nəzarət qülləsi niyə helikopterə təyyarəni görüb-görmədiyini soruşmaq əvəzinə nə etməli olduğunu söyləmədi? Bu, qarşısı alınmalı olan pis bir vəziyyət kimi görünür. Yaxşı deyil!”.

Trampın paylaşımdan sonra ABŞ və dünya ictimaiyyəti qəza ilə bağlı “Sabotaj olubmu?” sualını verməyə başlayıb.

Hələlik hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, çayda aparılan axtarışlar zamanı 19 nəfərin meyiti tapılıb. Hazırda axtarışların davam etdirildiyi bildirilib.

Qəzadan sonra əldə edilən hava trafik dispetçerinin səs yazısında, hava trafikinə nəzarət operatorlarının helikopterdən kommersiya uçuşunun görünüb-görmədiyini soruşduğu ortaya çıxıb.

Hava nəqliyyatı dispetçer helikopterdən "PAT 2-5, CRJ sizin baxış xəttinizdədirmi?" dedikdən qısa müddət sonra "CRJ-nin arxasından PAT 2-5 keçir" deyib. Bu sözlərdən sonra toqquşma baş verib.

Qüllə daha sonra baş verənləri başqa bir pilota bildirib. 

Nəzarətçinin "Daha əvvəl nə baş verdiyini fərq etdinizmi bilmirəm, amma 33-ə yaxınlaşma sonunda toqquşma oldu. Darvazaya qayıtmaq istəsəniz, qeyri-müəyyən müddətə fəaliyyətimizi dayandıracağıq. Mən sizə şirkətlə koordinasiya etməyi tövsiyə edirəm, nə etmək istədiyinizi mənə bildirin" dediyi məlum olub. 

Seçilən
8
cebheinfo.az

1Mənbələr