Bakı. Trend:
Ulu Öndər Heydər Əliyevin siyasətində gənclər siyasəti hər zamanprioritet məsələ olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isəAzərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğınıəsirgəməyib. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycandahakimiyyətə gəldikdən sonra da xüsusi diqqət yetirdiyi sahələrdənbiri də gənclər siyasəti oldu. Çünki ümummilli liderimiz çox gözəlbilirdi ki, ölkəmizin gələcək inkişafı məhz gənclərdənasılıdır.
Bunu Trend-əMilli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, müstəqilliyimizin ilk dövründə ölkədə hökmsürən xaos, özbaşınalıq gənclərə də ciddi mənfi təsir göstərmişdi:“Azərbaycan gəncliyi və gələcəyi təhlükə altına düşmüşdü. Gənclərmüxtəlif siyasi qüvvələr tərəfindən öz məkirli niyyətlərini həyatakeçirmək üçün istifadə edilirdi, təhsildən kənarda qalır,vətənpərvər ruhda yetişdirilməsi üçün heç bir addım atılmırdı. Məhzulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra gəncliyimiz dəbu bəladan xilas oldu, dövlət gənclər siyasətinin əsası qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdmanNazirliyi yaradıldı. Eyni zamanda gənclərin təhsilinə xüsusi diqqətyetirildi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətəqayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcudolmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələringöndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildədünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisasüzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı”.
Deputat bildirib ki, Ümummilli Liderin gənclər forumunun təşkiliilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cıildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı:“1996-cı ilin 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevindəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isəPrezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimiqeyd olunmağa başlandı”.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsiməsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasınınmühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanındövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır.Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək,inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərinigöstərməlidir”, - deyə A.Həsənova qeyd edib.
O bildirib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevinsiyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyəçıxardı, gənclərin problemlərinin həlli, onların fərdiinkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalarortaya qoyuldu.
“Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycangənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları,Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlərgənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsiistiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclərsiyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Cənab Prezidentİlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsindəAzərbaycanda vətənpərvər, Vətən yolunda daim canını belə qurbanverməyə hazır olan gənc nəsil yetişib. Məhz bu gənc nəsil idi ki,44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasındamisilsiz xidmətlər göstərdilər”, deyə A.Həsənova əlavə edib.