İsveçdə Quranı yandıran iraqlı mühacir öldürülüb.
Sfera.az xəbər verir ki, Salvan Momika Stokholmun cənubundakı Södertälje şəhərində güllələnmiş halda tapılıb.
Bildirilib ki, təhlükəsizlik xidməti istintaqa cəlb edilib və bir neçə nəfər saxlanılıb. Hadisə yerinin ətrafı mühasirəyə alınıb, yaşayış binasının ətrafında axtarış aparılır.
Qeyd edək ki, Salvan Momika 2018-ci ildə İraqdan İsveçə gəlib və 2021-ci ildə üç illik yaşayış icazəsi alıb. 2024-cü ilin yayında müvəqqəti yaşayış icazəsi bir il müddətinə uzadılıb. İsveç Baş Prokurorluğu Momikanı "millətə əsaslanan nifrətin qızışdırılması" maddəsi ilə ittiham edib. Momika 2023-cü ilin yayında Stokholmda dörd ayrı yerdə Qurani-Kərimi yandırmaqda günahlandırılıb.
Firuzə Əliyeva