1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycanda fevralın 15-dən etibarən su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanılacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbərliyi ilə həyata keçirilən "Su şəbəkələrinə qoşulma" işçi qrupunun iclasında ADSEA sədrinin müşaviri Etibar Məmmədov deyib.
Müşavir qeyd edib ki, işlərin icrasında yaranan çətinliklərə baxmayaraq, irəliləyişlər əldə olunub:
"Müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik. Aidiyyəti qurumlar prosesə qoşulublar. Layihənin icrası işləri davam etdirilir".
O bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilən, cavabsız qalan müvafiq sənədlərin cavabı tezləşdirilməlidir:
"Yanvarın 16-dan etibarən bu quruma müvafiq sənədlər təqdim olunub. Sənədlərin bir qisminə geridönüş edilib, lakin bir qisminə hələ də cavab verilməyib. Yeni qaydalara əsasən, bir ay müddətində istehlakçıların tələblərinə cavab verilməli və texniki şərtlər təmin olunmalıdır ki, su təchizatı şəbəkəsinə qoşulmada bürokratik maneələr yaranmasın".
Aygün Mirakif