Vaşinqton hava limanı yaxınlığında, 30 yanvar gecəsi, hərbi helikopter ilə sərnişin təyyarəsinin toqquşması 300 fut (təxminən 90 m) hündürlükdə baş verib. Bu məlumat The Wall Street Journal tərəfindən təqdim olunub."Ulusum.az" xəbər verir ki, təyyarənin mövqeyi ADS-B sistemindən əldə olunub. Bu sistem mülki hava gəmisinin uzunluq, enlik və hündürlük məlumatlarını müəyyənləşdirir.Qəzetin yazdığına görə, helikopter ADS-B məlumatları göndərməyib, çünki köhnə ModeS transponder texnologiyasından istifadə edirdi. ModeS siqnalları ilə helikopterin mövqeyini dəqiq müəyyən etmək üçün bir neçə qəbul edici tərəfindən siqnalların üçbucaqlanması lazımdır. Təyyarənin hündürlüyü azaldıqca isə izlənməsi çətinləşir.30 yanvar gecəsi, ABŞ-ın ən böyük hava yolu şirkəti American Airlines-a aid Bombardier CRJ700 təyyarəsi, Ronald Reyqan hava limanına yaxın Sikorsky H-60 hərbi helikopteri ilə toqquşub. Təyyarədə 60 sərnişin və 4 heyət üzvü vardı. Toqquşma nəticəsində təyyarə iki yerə parçalanıb və çaya düşüb.Channel2 NOW portalı bildirir ki, Bombardier CRJ700-də 8 amerikalı fiqurçu olub. Onlar arasında Spenser Leyn, Cinna Xan, Franko Aparisio, Everli və Alidiya Livingston, Şon Key, Andjela Yanq və Edvard Çjou da var idi.Səidə
Diqqət Çəkənlər
ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib
Trampın portretinin Maqma Memorialına əlavə edilməsi təklif olunub
Tramp və Vindzor ailəsi arasındakı münasibətlərin gələcəyi necə olacaq?