AZ

Gələn aydan su təchizatı infrastrukturunun genişləndirilməsi layihəsinin tam icrasına başlanılacaq - Agentlik

Azərbaycanda fevralın 15-dən su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “su şəbəkəsinə qoşulma” işçi qrupunun təqdimatında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq genişləndirilib və aidiyyəti qurumlar prosesə fəal şəkildə qoşulub.

O Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prosesləri sürətləndirməsinin vacibliyini qeyd edib.

"Yanvarın 16-dan etibarən bu quruma müvafiq sənədlər təqdim olunub. Yeni qaydalara əsasən, bir ay müddətində istehlakçıların tələblərinə cavab verilməli və texniki şərtlər təmin olunmalıdır ki, su təchizatı şəbəkəsinə qoşulmada bürokratik maneələr yaranmasın" deyə Etibar Məmmədov qeyd edib.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
5
teleqraf.com

1Mənbələr