AZ

Türk dövlətləri olaraq bütün məsələlərimizi birlikdə həll edirik, edəcəyik - ÖZƏL

"Prezident İlham Əliyevin Bakıda keçirdiyi müşavirənin paralelində, yaxud da ki, ondan dərhal sonra qardaş Türkiyənin paytaxtı  Ankarada  Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər nazirlərinin bir araya gəlməsi, ortaq müzakirələr aparması, ümumiyyətlə, birlikdə atacaqları addımları qərarlaşdırması, onların cümhur başqanı Rəcəb Tayyib Ərdoğanla görüşməsi, bütün bunlar mənə elə gəlir ki, cənab prezidentin nəqliyyatla bağlı müşavirədə səsləndirdiyi fikirlərin davamlı, inkişafı kimi qiymətləndirilməlidir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Prezident İlham Əliyev  Azərbaycanda, Bakıda belə bir müşavirə keçirir, diqqəti bu cür məsələlərə yönəldir, eyni zamanda da digər iki türk dövləti ilə bir araya gələrək, özü də çox böyük önəmli türk dövlətləri ilə bir araya gələrək, belə bir müzakirə təşkil edir. Yəni düşünürəm ki, dünyanın sağında, solunda hər kəs buradan öz hesabını götürməlidir. Türk dövlətləri istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də ikitərəfli və çoxtərəfli formatlarda bu cür müzakirələr keçirməklə dünyaya bir mesaj ötürürlər ki, biz türk dövlətləri olaraq bütün məsələlərimizi birlikdə həll edirik, edəcəyik. Bundan da bizə qarşı olanlar, təbii ki, öz hesabını götürməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr