AZ

Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində vətəndaşları qəbul edib.

"Aznews.az" xəbər verir ki, qəbulda əsasən Gəncə, Samux, Göygöl rayonlarında müvəqqəti məskunlaşmış, həmçinin Kəlbəcər rayonundan olan və yaxın bölgələrdə yaşayan məcburi köçkünlər iştirak ediblər.

Onların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.

Seçilən
13
6
aznews.az

8Mənbələr