AZ

"Qarabağı Əliyevlə, soyqırımı Ərdoğanla razılaşdırıb"- Papazyandan sərsəm iddia

Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə növbəti dəfə “erməni soyqırımı”nın əsaslarına müraciət edərək “soyqırımın” nə üçün baş verdiyini, yaxud niyə və hansı şəraitdə baş verdiyini anlamaq lazımdırmı – deyə ritorik suallar qaldırmışdı: “Biz ermənilərin “soyqırımı”nın tarixi məsələsinə qayıtmalıyıq. Nə baş verdiyini və niyə baş verdiyini başa düşməliyik. Biz bunu necə, kimin köməyi ilə qəbul etdik. Necə oldu ki, 1939-cu ildə “soyqırım” gündəmi yox idi, amma artıq 1950-ci ildə gündəmə gəldi”.


Adalet.az xəbər verir ki,Fransadakı “Hay Dat” erməni təşkilatlarının Koordinasiya Şurasının həmsədri, "Daşnakstyün"ün üzvü Murad Papazyan erməni mediasına açıqlama verib. O deyib ki, dünyada Paşinyan və onun həmkarları istisna olmaqla, soyqırımı şübhə altına alan bir nəfər də olsun erməni yoxdur:” Paşinyan 7 ilə yaxındır ki, erməni tərəfini zəiflətmək üçün səylər göstərir. Bu, başa düşülən deyil və demək lazımdır ki, o, bunu parlaq şəkildə edir, Qarabağ məsələsində etdiyi kimi, Ermənistanı, diasporu zəiflədir". Yadınızdadırmı, bir müddət əvvəl Andranik Köçəryan demişdi ki, "qurbanların sayını hesablamalıyıq, 1,5 milyondan çox və ya az ola bilər? Bu, onların erməni soyqırımını şübhə altına aldıqlarına işarə idi. Bu, Ərdoğanla razılaşdırılmış siyasətdir . Qarabağ məsələsi Əliyevlə razılaşdırıldığı kimi... “

Papazyanın Ermənistana girməsini qadağan edən Paşinyana qarşı qərəzindən əl çəkməyən bu şovinist fikirlərini davam etdirərək deyir:”Bu ümumi bəyanatlara Konstitusiya məsələsini də əlavə edə bilərik. Paşinyan Konstitusiyaya dəyişiklik etmək istəyir. Paşinyan Müstəqillik Bəyannaməsini sual edib tənqid edəndə, biz gördük ki, Paşinyan Ermənistanın sərhədlərini, Ermənistanın suveren ərazisini qorumur. Belə çıxır ki, biz əraziləri işğal etmişik. Bəli, biz Paşinyanın erməni diasporunu zəiflətməyə çalışdığını görəndə belə qənaətə gəlirik. Dünyada soyqırımı şübhə altına alan erməni yoxdur, olmayıb. Paşinyan və onun həmkarları istisna olmaqla, belə bir adam tapa bilməzsiniz” - deyə qatı millətçi Murad Papazyan vurğulayıb.

Yeri gəlmişkən, ötən ilin fevralında Nikol Paşinyanın Fransaya səfəri o qədər də ürəkaçan keçmədi. Paşinyan tərəfindən Ermənistana girişinə qadağa qoyulan və məhkəmə qərarı ilə bu məhdudiyyətin aradan qaldırılmasına nail olan Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının sədri Murad Papazyan Makronun iştirakı ilə Paşinyana deyib ki, onu “persona non-qrata” kimi tanıyır. Bu, qəbuledilməz addım idi.

Qeyd edək ki, Paşinyanın Sürixdəki açıqlamasından sonra ölkəsində nüfuzu xeyli zəifləyib. “Qallap Beynəlxalq Assosiasiyasının (Gallup International Association) 20-22 yanvarda keçirdiyi və elan etdiyi sorğunun nəticələrinə görə, Paşinyanın partiyasının 2018-ci ildən bəri ən aşağı göstəricisidir:” Əgər yaxın bir həftədə Ermənistanda seçkilər keçirilərsə, hakim Mülki Müqavilə Partiyası yalnız 11,3% səs alardı”.

P.S. Genetikası donuza yaxın olan haylar hələ də anlamır ki, Əliyev və onun təmsil etdiyi dövlət Qarabağı sökə-sökə ermənilərdən alıb.İşğaldan qurtarıb. Razılaşma olsaydı bunun üçün qanlı müharibəyə nə hacət vardı, yaxud da Ermənistan 2018, 2019-cu illərdə Qarabağı sakitcə Azərbaycana qaytarsaydı bu razılaşma ola bilərdi.. Ərdoğan isə Türkiyədəki bütün erməniləri Ermənistana  deport etsə, inanıram Ermənistan saxta soyqırım iddialarından qətiyyətlə imtina edər...

Əntiqə Rəşid 

 

Seçilən
4
adalet.az

1Mənbələr