AZ

Rusiya məhbusları ORDUYA ÇAĞIRIR

2025-ci ildə Rusiya məhbusları orduya cəlb etməyi planlaşdırır.

"Bakuinfo" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirliydən bildirilib ki, Rusiya ən azı 126 min hərbçini “xüsusi kontingent”dən cəlb etməyi nəzərdə tutur.

Bu, həbsxanalarda cəza çəkən, istintaq altında olan, kredit borcları və digər problemləri olan şəxsləri əhatə edir.

Hərbi itkiləri bərpa etmək üçün Rusiya hər ay bu şəxslərdən 10 min nəfər mobilizasiya etməyi planlaşdırır və 2025-ci il ərzində ümumilikdə şəxsi heyətini ən azı 280 min nəfər artırmağı hədəfləyir.

Seçilən
9
bakuinfo.net

1Mənbələr