Türkiyədə 34 dərəcə şaxta qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, şaxtalı hava Şərqi Anadolu bölgəsinə mənfi təsir edib.
Gecə saatlarında Ərzurumun Tokman bölgəsində havanın temperaturu mənfi 34 dərəcəyə qədər enib. Ərzurum şəhər mərkəzində fəvvarələrin, park edilmiş nəqliyyat vasitələrinin və avtobus dayanacaqlarının şüşələri buz bağlayıb.
Şəhərdə havaların soyuq keçməsi ilə əlaqədar səkilər donub, bəzi vətəndaşlar soyuqdan qorunmaq üçün nəqliyyat vasitələrini ədyalla örtüblər.
Aytac Şahin
Telegram kanalımız