AZ

Paşinyan: "Azərbaycanla sülh gündəliyini həyata keçirməyə çalışırıq"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinq zamanı Ermənistan hökumətinin Azərbaycanla sülh gündəliyini həyata keçirmək əzmində olduğunu deyib.

Paşinyan bugünkü danışıqlarda Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi və əldə olunmuş razılaşmalar barədə məlumat verdiyini söyləyib.

Paşinyanla Kobaxidze Gürcüstan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası məsələlərini də müzakirə ediblər. Tərəflər bu istiqamətdə səyləri gücləndirmək barəsində razılığa gəliblər.

Hürr Tərcüman

 

Seçilən
3
6
hurriyyet.az

3Mənbələr