Qətər əmiri Təmim bin Həməd Al Tani ölkədə hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi səfəri ilə Suriyaya gəlib.
Bu barədə “Al Watan” xəbər verir.
“Qətər əmiri Təmim bin Həməd Al Tani Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə gələn ilk ərəb lideri oldu”, – RİA Novosti xəbər verir.
Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi Dohanın Suriyanın yeni rəhbərliyini dəstəklədiyini bildirib.
Yanvarın 28-də Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi yüksək səviyyəli Rusiya nümayəndə heyəti Dəməşqə gəlib.
DOĞRU.AZ