Son günlər Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevlə bağlı bir sıra saytlarda və sosial şəbəkələrdə qalmaqallı müzakirələr aparılır. Aparılan müzakirələrdə keçmiş başçısının guya qeyri-qanuni yaşadığı bir xanıma daş karxanası bağışladığı qeyd edilir.
Mia.az xəbər verir ki, manşet.az saytı günlərdir müzakirə olunan bu qalmaqallı məsələ ilə bağlı İbrahim Mehdiyevlə əlaqə saxlayıb.
O, açıqlamasında məlumatların yalan, tamamilə uydurma olduğunu bildirir:
"Deyirlər ki, sizin Bakı şəhərində 30-dan çox eviniz var?", - sualına isə sabiq icra başçısı belə cavab verib: "Bu, yalandır. Mənim Xətai metrosunun arxasında bir evim var və bir də bağım var."
Mia.az