Baş nazir Benyamin Netanyahu qeyd edib ki, bu, girovların Qırmızı Xaça təhvil verilməsi üçün təhlükəsizlik zəmanəti alınana qədər davam edəcək.
Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu anklavda atəşkəs razılaşmasının növbəti mərhələlərində girovların Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhlükəsiz şəkildə təhvil verilməsinə zəmanət verilənə qədər fələstinli məhbusların azad edilməsinin təxirə salınmasını əmr edib.
“Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə bu günə planlaşdırılan terrorçuların azad edilməsinin növbəti mərhələlərdə girovlarımızın təhlükəsiz çıxışı təmin olunana qədər təxirə salınmasını əmr edib”- deyə, məlumatda bildirilir.
"İsrail vasitəçilərdən buna nail olmağı tələb edir" - baş nazirin departamenti əlavə edib.
Bundan əvvəl Kan Radiosu xəbər vermişdi ki, İsrail rəhbərliyi İsrail Həbsxanalar İdarəsinə fələstinli əsirlərin azadlığa buraxılması prosesini növbəti xəbərdarlığa qədər dayandırmağı tapşırıb.
Aytən Yaşar/ Turkustan.az