Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin əməyin təhlükəsizliyi və sağlamlığı üzrə yeni baş mütəxəssisi Darko Doçinski ilə görüş olub.
Görüşdə Xidmətin rəisi Vəli Quliyev BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edib.
V.Quliyev əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar, əməyin mühafizəsi, əmək standartlarının və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə danışıb.
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin nümayəndəsi Darko Doçinski birgə əməkdaşlıqdan böyük məmnunluq duyduğunu söyləyib.
Həmçinin görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə dəstək tədbirləri qeyd edilib.
Sonda əməyin təhlükəsizliyi və sağlamlığının təmin olunması sahəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.