AZ

"Meydan Tv" -nin əməkdaşı həbsdə qalıb

Bakı Apellyasiya Məhkəməsi Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.

Vəkil deyib ki, jurnalistin həbsi Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndiriləcək.
 
Meydan Tv-nin əməkdaşı Aynur Elgünəş, Aysel Umudova, Xəyalə Ağayeva və Aytac Tapdıq 4 ay - istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 
 
Onların hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Aytac



www.anews.az
Seçilən
6
anews.az

1Mənbələr