Daha öncə "Qalatasaray"dan ayrılan Hakim Ziyeşin yeni komandası açıqlanıb.
QOL.az xəbər verir ki, o, karyerasını "Əl-Duhail"də davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı vinger Türkiyə təmsilçisini baş məşqçisi Okar Burukla münasibətinin korlandığından sonra tərk edib. Qətər klubu mərakeşli futbolçu üçün 5 milyon avro ödəyib.
Qeyd edək ki, Hakim Ziyeş bu mövsüm "Qalatasaray"ın heyətində 11 matçda meydana çıxıb və 1 qol ötürməsi verib. O, daha əvvəl "Tvente", "Ayaks" və "Çelsi"də oynayıb.